2026-cı ilin avqust ayı üzrə Azərbaycanın televiziya kanallarının "YouTube" reytinqi açıqlanıb.
Oxu.Az xəbər verir ki, "FeedSpy" statistikasına əsasən, Baku TV iki kanalı üzrə ümumilikdə 48 437 217 baxış toplayaraq ölkə telekanalları arasında növbəti dəfə birinci yerdə qərarlaşıb.
Baxışların 26 207 296-sı "Baku TV AZ", 22 229 921-i isə "Baku TV RU" kanalının payına düşüb.
Reytinq cədvəlində ikinci yerdə 17 214 065 baxışla CBC (3 kanal), üçüncü pillədə isə 13 821 861 baxışla "ARB 24" qərarlaşıb.

1. Baku TV (2 kanal) - 48 437 217;
2. CBC (3 kanal) - 17 214 065;
3. ARB 24 - 13 821 861;
4. İctimai TV - 9 558 199;
5. "Xəzər TV" (5 kanal) - 7 258 472;
6. AzTV (5 kanal) - 5 977 904;
7. "Real TV" - 3 633 391;
8. "CBC Sport" (3 kanal) - 3 621 787;
9. ATV (5 kanal) - 2 277 478;
10. APA - 2 276 536;
11. ARB (5 kanal) - 1 298 530;
12. "Space TV" - 1 220 548;
13. "Biznes TV" - 1 220 310;
14. "İdman TV" - 1 096 030;
15. "Kanal S" - 17 567.
Qeyd edək ki, reytinq "FeedSpy" platformasının 2026-cı ilin avqust ayı üzrə açıqladığı "YouTube" baxış statistikası əsasında hazırlanıb.