Britaniyanın Solsberi şəhərində kimyəvi maddə ilə zəhərlənmiş keçmiş rusiyalı casus Sergey Skripalın qızı Yuliya Skripal atasının xəstəxanada ağır vəziyyətdə olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaydığı bəyanatda deyilir.
Bundan əvvəl keçmiş kəşfiyyat polkovnikinin artıq özünə gəldiyi və hətta danışdığı bildirilirdi.
“Məni aprelin 9-da Solsberi xəstəxanasından buraxdılar. Məni o qədər qayğı və peşəkarlıqla müalicə edirdilər ki, indi həmin tibbi personal üçün darıxmağa başlamışam. Atam isə hələ də onların himayəsindədir, çox ağır xəstədir.
Mən özüm də hələ bizə qarşı istifadə olunmuş sinir-paralitik maddənin fəsadlarından əziyyət çəkirəm”, - deyə Yuliya Skripal bildirib.
F.M.
www.oxu.az
Rəylər