Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın qızı Yuliya Skripal xəstəxanadan evə buraxılıb.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, Yuliya Skripal həftənin bazar ertəsi buraxılmalı idi. Ancaq bu barədə xəstəxanadan dəqiq məlumat verilmirdi.
Bu gün Y.Skripalı müalicə edən həkimlər açıqlama verəcək.
Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar sinir-paralitik maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Rəylər