Yunanıstan sahillərində 6.4 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 2 200 nəfər əhalisi olan Karpatos adasından 66 km cənubda, 14 km dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.