Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Yuventus” Poqba ilə müqaviləni ləğv etməyə hazırlaşır
“Yuventus” rəsmən diskvalifikasiya olan kimi yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni ləğv edəcək.
Məlumata görə, klub 30 yaşlı futbolçu ilə mübahisə etmək istəmir, ona görə də onunla və ətrafı ilə danışıqlar aparmağa, qarşılıqlı razılıq əsasında müqaviləni pozmağa hazırdır.
Qeyd edək ki, bundan əvvəl antidopinq prokurorluğu fransalı yarımmüdafiəçinin dördillik diskvalifikasiyasını istəyib. Poqba cəzalı olduğu üçün sentyabr ayından bəri “Yuventus”la məşq etmir. Bundan əlavə, kluba onun maaşını müqavilə ilə zəmanət verilən minimum səviyyəyə - ayda təxminən 2000 avroya endirməyə icazə verilib.
Mənbə: sport-express.ru
Rəylər