Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına verdiyi son müsahibəsində ABŞ-nin vitse-prezidenti Cey Di Vensə qarşı ciddi ittihamlar irəli sürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, o, yüksək rütbəli amerikalı məmuru Rusiyanın Ukraynadakı hərəkətlərini əsaslandırmaqda təqsirləndirib.
"Mənə elə gəlir ki, vitse-prezident hansısa formada Putinin hərəkətlərini əsaslandırır", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Zelenski bu yaxınlarda Vensə Ukraynaya səfər etməyi təklif edib, lakin cavab almayıb.