Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qarabağ"ın futbolçusu cari mövsümdə ilkə imza atdı
Misli Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Leandro Andrade XXX turun "Səbail"lə görüşündə 3 qola imza atıb.
Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. "Zirə"nin hücumçusu I turda "Səbail", XV turda "Sumqayıt"ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.
Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.
"Leandro Andrade" teqi üzrə xəbərlər
- Kadi Borges: "Ferentsvaroş"da hər şey mənim üçün yaxşı idi"
- "Qarabağ"ın daha bir futbolçusu "Ferentsvaroş"a keçə bilər
- "Qarabağ"ın ən bahalı və ən ucuz futbolçusu kimdir?
- "Qarabağ"ın heyətində dəyəri ən yüksək olan futbolçu kimdir?
- Leandro Andrade və Olavio Juninyo Azərbaycan Premyer Liqasının ən bahalı futbolçularıdır