"Rəsmi Pekin ilk dəfə Rusiyaya Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə cavab olaraq nüvə silahından istifadə ehtimalı ilə bağlı istənilən bəyanat və ya çıxışlarına qarşı ultimativ formada və kifayət qədər sərt xəbərdarlıq edib".
Oxu.Az "Ua.news" portalına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən NATO sammitinin yekunlarına dair jurnalistlərlə ünsiyyət zamanı bildirib.
Çinin təsiri və müharibənin potensial bitməsindəki rolu Ukrayna dövlət başçısının ABŞ Prezidenti Donald Trampla danışıqlarında, həmçinin avropalı liderlərlə müzakirələrində əsas mövzulardan biri olub. Zelenski söhbətin bu hissəsinin təfərrüatının onunla Tramp arasında qalmasını xahiş edib.
Prezidentin sözlərinə görə, avropalı tərəfdaşlar Çin tərəfi ilə son təmasları barədə məlumat veriblər. Həmin təmaslar zamanı Pekin Moskvanın hərəkətlərinə münasibətdə əvvəlkinə nisbətən nəzərəçarpacaq dərəcədə daha sərt möqeyini nümayiş etdirib.