Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə sərəncam prezidentin saytında dərc olunub.
Məlumata görə, həmçinin keçən ilin payızında Ukrayna prezidentinin bioqrafiyasını "Coker" adı altında dərc edən politoloq Konstantin Bondarenkoya qarşı da məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, Aleksey Arestoviç 2023-cü ilin yanvarında istefa verib.