Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zelenski Putinlə sülh danışıqlarını istisna etməyib
Ukraynada müharibənin qaynar mərhələsi bu ilin sonuna qədər başa çata bilər. Ukrayna Rusiyaya təklif olunacaq cavab planı hazırlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.
"Əgər biz həmrəy olsaq və məsələn, Sülh Sammitinin formatına əməl etsək, müharibənin qaynar mərhələsinə son qoya bilərik. Bu ilin sonuna qədər bunu etməyə cəhd edə bilərik. İstənilən halda plan hazır olacaq. Amma plan tərəfdaşlarla razılaşdırılmalıdır", - deyə o bildirib.
Zelenskinin fikrincə, müharibənin başa çatması bütün ərazilərin güc yolu ilə ələ keçirilməsi demək deyil. Onun fikrincə, "diplomatiyanın gücü" buna kömək edə bilər.
Zelenski, həmçinin birbaşa Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Kreml Zelenskinin 30 günlük atəşkəs təklifinə cavab verib
- Rusiya ordusu Xarkov vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
- ABŞ təkcə Krımı deyil, digər əraziləri də Rusiyanın tərkibində tanımaq istəyir - SİYAHI
- Putinin elan etdiyi atəşkəsin vaxtı açıqlandı
- Rusiya ordusu Xarkov vilayətində Kamenkanı nəzarətə götürdü