Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zelenski Qərbdən nüvə silahı istədi
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən nüvə silahı və raketlər istəyib.
Oxu.Az xəbər verir ki, o, bu tələbini britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində səsləndirib. Morqan müsahibənin anonsunu "X" sosial şəbəkəsində paylaşıb.
Videofraqmentdə Zelenski Ukraynanın NATO-ya daxil olmasını müzakirə edir və bunun yaxın gələcəkdə baş verməyəcəyini etiraf edir. Onun fikrincə, proses illərlə, onillərlə uzana bilər.
"Yardım paketi necə olacaq, hansı raketlər olacaq, bizə nüvə silahı verəcəklərmi? O zaman bizə nüvə silahı versinlər. Gəlin belə edək: nüvə silahımızı geri verin, bizə raket sistemləri verin", - deyə Ukrayna lideri bildirib.
Bundan əlavə, o, Ukrayna ordusu üçün maliyyə yardımı xahişi ilə Qərb ölkələrinə müraciət edib.
"Give us back nuclear arms."
— Piers Morgan Uncensored (@PiersUncensored) February 4, 2025
Ukraine’s President Zelenksy has issued the plea while discussing with Piers Morgan how the war with Russia can end.
Watch more tonight on YouTube from 8pm (UK) / 3pm (EST).
SUBSCRIBE: https://t.co/QR11ywsANx@ZelenskyyUa | @piersmorgan pic.twitter.com/Uuk1b30Y6r
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ-nin atəşkəs təklifini qəbul edib
- Siyarto: "Ukraynanın dron hücumu Macarıstanın suverenliyinə hücumdur"
- ABŞ Zelenskinin potensial varisləri kimi kimləri görür?
- Rubio Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələrinin görüşü barədə: "Zelenski olmayacaq"
- Ukraynanın Səudiyyə Ərəbistanında amerikalılara edəcəyi təkliflər açıqlandı