Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərbi Azərbaycan Xronikası: Almalıq, Alpava - türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Zəngəzurun qədim Almalıq və Alpava həqiqətləri" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Almalıq, Alpava toponimi, Almalıq oronimi və Almalıq çayı hidronimi haqqında söz açılıb.
Bildirilib ki, indiki Ermənistanda tarixi reallığı özündə əks etdirən qədim oğuz yurdlarının adının dəyişdirilməsi, toponimlərin hədəf seçilməsi ermənilər üçün daim əsas hədəf və siyasi xətt olub.
Almalıq - Zəngəzur mahalının Qafan rayonunda dağ və kənd olub. Kənddə 1897-ci ildən yaşayan azərbaycanlılar 1916-1918-ci illərdə erməni soyqırımına məruz qalaraq deportasiya olunub və 1926-cı ilə qədər kənd xaraba qalıb. 1920-ci ildə kənd sakinləri öz evlərinə qayıdıblar. 1930-cu illərin ortalarında kənd ləğv edilib və xarabalığa çevrilib.
Almalıq çayı - Zəngəzur mahalının Qafan rayonunda çay adıdır.
Alpava - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Burada 1831-ci ildən azərbaycanlılar yaşayıb və 1918-ci ildə deportasiyaya məruz qaldıqdan sonra kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıdıblar. Onlar 1948-1949-cu illərdə yenidən köçürülüb və kənd tam erməniləşdirilib. 1945-ci ildə kəndin adı dəyişdirilib Lusakert, 1967-ci ildə isə Nşavan qoyulub.
Sonda vurğulanıb ki, erməni vəhşiliyinə və saxtakarlığına şahidlik edən bu toponimlər də zaman-zaman hayların caynağına keçib: "Lakin əminik ki, Qərbi Azərbaycana yenidən qayıdış doğma yurd yerlərimizin adını, tarixini, adət-ənənələrini erməni caynağından xilas olması ilə yanaşı, bu ərazilərdə azərbaycanlıların milli varlığının bərpasını gerçəkləşdirəcək".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılıb, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Fuad Hüseynəliyev: "Tramp dövründə Azərbaycan-ABŞ münasibətləri tədricən yaxşılaşacaq"
- Qərbi Azərbaycan Xronikası: "Vorontsovka rayonu Türk dünyasının ayrılmaz bir hissəsidir"
- Qərbi Azərbaycan Xronikası: "Alban-türk memarlığını fərqləndirən əsas əlamətlər"
- Qərbi Azərbaycan Xronikası: "Hamilə qadınlar yolda stresdən doğum edərkən övladları tələf olmuşdu"
- Xronika: "Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir"