Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zelenski Rusiya ilə danışıqlardakı "qırmızı xətlər"i açıqladı
"Ukrayna Rusiya ilə müharibənin sona çatdırılması üzrə gələcək danışıqlar zamanı Rusiyanın nəzarətində olan əraziləri bu ölkənin əraziləri kimi tanımayacaq və ordusunun kiçildilməsinə razı olmayacaq"
Oxu.Az "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinin ərazi icmalarının rəhbərləri ilə görüşü zamanı deyib.
"Ordumuzun əhəmiyyətli dərəcədə kiçildilməsi bizim üçün "qırmızı xətt"dir. Ukrayna üçün digər bir "qırmızı xətt" isə müvəqqəti Rusiyanın nəzarətində olan ərazilərin Rusiya əraziləri kimi tanınmamasıdır. Bu ərazilər, hər halda, Ukrayna əraziləridir", - deyə prezident qeyd edib.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Makron Ərdoğanın qarşısında necə alçaldı? - "Avropa Siyasi Birliyi"ndə yaddaqalan məqamlar
- Zelenski mübahisə etdiyi Cey Di Venslə görüşdü
- Ukraynaya yardımla bağlı qalmaqalın iştirakçısı, Trampın "boz kardinal"ı kimdir?
- Tramp Putinlə telefon danışığının vaxtını açıqlayıb
- Tramp: "Zelenski ən böyük alverçidir"