Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov şəhərində yerləşən hərbi aerodroma hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat paylaşıb.
Dövlət başçısı bildirib ki, gecə Yaroslavl neft emalı zavoduna zərbə endirilib.
"Təhlükəsizlik Xidməti həmçinin Rostovdakı hərbi aerodromu dəqiqliklə vurub - "An-12", iki "An-26" təyyarəsinin və daha üç helikopterin məhv edildiyi təsdiqlənib", - deyə V.Zelenski qeyd edib.
Ukrayna prezidenti həmçinin Qara dənizdə də yaxşı nəticələr əldə olunduğunu bildirib, lakin bununla bağlı əlavə təfərrüatları açıqlamayıb.