Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Zelenski: "Ukrayna ordusunun Rusiyanın işğal etdiyi bütün əraziləri qaytarmağa gücü çatmır"
"Ukrayna ordusunun Rusiyanın işğal etdiyi bütün əraziləri, o cümlədən Krımı zorla geri qaytarmağa gücü çatmır. Ona görə də bu, diplomatik yollarla edilməlidir".
Oxu.Az-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Prezident Volodimir Zelenski Yaponiyanın "Kyodo" xəbər agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmçinin diplomatik addımlar yalnız Ukrayna özünü kifayət qədər güclü hesab etdikdə atıla bilər ki, Moskva yeni müharibəyə başlamasın. Əks halda Rusiya, onun sözlərinə görə, yenidən Ukraynaya hücum edə bilər.
Zelenskinin sözlərinə görə, müharibə çətin dövrə daxil olub və tərəfdaşların dəstəyi kafi deyil. O, əlavə yardıma və mümkün qədər tez Kiyevi NATO-ya dəvət etməyə çağırıb. Zelenski NATO-ya üzv olmağı təhlükəsizlik və rifah baxımından zəruri hesab etdiyini vurğulayıb.
O əlavə edib ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın rəhbərlik etdiyi komanda Ukraynanın mövqeyini bilir və "Qələbə Planı"nı alıb.
"Onlar planı nəzərdən keçirirlər və biz bu barədə eşidəcəyik. Lakin Ukrayna tərəfindən heç bir kapitulyasiya olmayacaq. Bu faktdır və düşünürəm ki, o bunu başa düşür", - deyə Zelenski qeyd edib.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- "Bloomberg": Zelenski itirilmiş ərazilərdən imtina etməyə hazırdır?
- Ərdoğan-Tramp əməkdaşlığı Ukrayna müharibəsinə son qoya bilər - "Kaspi"nin TƏHLİLİ
- Zelenski Rusiya ilə münaqişəni dayandırmağa hazırdır - ŞƏRT
- Zelenski quru qoşunlarının komandanını vəzifəsindən azad etdi
- Zalujnı "Türk axını"nı partlatmağı təklif edib?
Rəylər