Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zelenski Vatikanda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə təkbətək görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa "X" hesabında məlumat verib.
"Prezident Volodimir Zelenski Vatikanda Baş nazir (Böyük Britaniya - red.) Kir Starmer ilə üzbəüz görüşərək müttəfiqləri ilə aktiv fəaliyyəti davam etdirir", - deyə Sibiqa yazıb.
Qeyd edək ki, Zelenskinin Fransa Prezidenti Emmanuel Makronla da təkbətək görüşü baş tutmuşdu.
Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimi ərəfəsində ABŞ Prezidenti Donald Trampla Vatikanda 15 dəqiqəlik görüşünü şərh edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenski "Telegram" kanalında paylaşım edib.
O, ümumi nəticələr əldə ediləcəyi təqdirdə, görüşü "yaxşı və simvolik, tarixi hadisəyə çevrilmək potensialı olan" görüş adlandırıb.
"Yaxşı görüş idi. Təkbətək çox şeyi müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticə əldə edilməsini gözləyirik. İnsanlarımızın həyatını qorumalıyıq. Tam və qeyd-şərtsiz atəşkəsə nail olmalıyıq. Etibarlı və davamlı sülh müharibənin təkrarlanmasından qoruyacaq. Ümumi nəticələr əldə etsək, tarixə keçmə potensialı olan çox simvolik görüşdür. Təşəkkürlər, Prezident Donald Tramp!", - deyə Zelenski paylaşımda bildirib.
Qeyd edək ki, Papanın dəfn mərasimindən sonra Zelenskinin Trampla yenidən görüşməsi nəzərdə tutulsa da, Ukrayna lideri Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Tramp isə ABŞ-yə qayıdıb.
Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Vatikanda baş tutan danışıqları şərh edib.
Oxu.Az-ın "Associated Press" agentliyinə istinadən xəbərinə görə, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq məlumat verib.
O, Vatikanda Papa Fransisklə vida mərasimindən əvvəl Tramp və Zelenski arasındakı qısa söhbəti "olduqca məhsuldar" adlandırıb.
"Görüşlə bağlı ətraflı məlumat daha sonra dərc olunacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, İtaliya KİV əvvəl liderlərin qarşı-qarşıya oturaraq qısa görüş keçirdiklərini yazıb. Daha sonra onlara Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer də qoşulublar.

Aprelin 26-da Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofisindən məlumat verilib.
Tramp və Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, iki ölkə lideri uzun sürən xəstəlikdən sonra aprelin 21-də 88 yaşında vəfat edən Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəliblər.
Həmçinin bildirilir ki, Donald Trampın Volodimir Zelenski ilə görüşdən əlavə, İtaliyanın Baş naziri Corciya Meloni ilə də danışıqları planlaşdırılır.
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Lavrov: "Sazişin imzalanması zamanı Zelenskinin legitimliyi prinsipial əhəmiyyət kəsb edəcək"
- Rusiya Ukraynadan "1000-ə 1000" əsir mübadiləsi üzrə siyahını alıb
- Rusiya-Ukrayna danışıqlarının növbəti raundu harada keçirilə bilər?
- Tramp Avropa İttifaqının Ukrayna ilə bağlı təklifini rədd etdi
- Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayır?