Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Qüvvələrinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
Qeyd olunub ki, mərkəzin yeni rəisi Yevgeni Xmar xüsusi əməliyyatların və dövlətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində strateji tədbirlərin həyata keçirilməsinə görə məsul olacaq.
