Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zelenskidən 8 Mayda Qələbə Günü, 9 Mayda isə Avropa Günü təklifi - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nin Anım və İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə Günü kimi təsis edilməsini təklif edən qanun layihəsini təqdim edib.
“Bu gün mən Ukrayna Ali Radasına 8 Mayın Anım və 1939-1945-ci illər İkinci Dünya Müharibəsində nasizm üzərində Qələbə Günü kimi təsis edilməsini təklif edən qanun layihəsini təqdim edirəm”, - deyə dövlət başçısı çıxışında deyib.
Onun sözlərinə görə, Ukrayna dövləti xalqın nasizm üzərində qələbəyə verdiyi töhfəni heç vaxt unutmayacaq.
“Biz heç kimə imkan verməyəcəyik ki, bu qələbədə ukraynalıların rolunu, xalqımızı, demək olar ki, hər bir ailəmizdə xatirəsini saxladığımız o nəslin rolunu silsin. Biz anti-Hitler koalisiyasına daxil olan xalqların ümumi qələbəsinin mənimsənilməsinə imkan verməyəcəyik”, - deyə o bildirib.
Dövlət başçısı əlavə edib ki, hazırda oxşar bəlaya qarşı birgə müqavimət göstərilir və şər də birlikdə məhv ediləcək.
“Şər, təəssüf ki, geri qayıtdı. Necə ki, o vaxt pislik şəhərlərimizə, kəndlərimizə axışdı, indi də elə gəlir. O vaxt xalqımızı öldürdüyü kimi, indi də edir. Baxmayaraq ki, hazırda təcavüzkar fərqlidir, amma məqsəd eynidir - əsarət və məhv”, - deyə o bildirib.
Həmçinin Prezident Zelenski hər il mayın 9-da Ukraynada Qələbə Gününün deyil, Avropa Gününün qeyd edilməsi haqqında fərman imzalayıb.
It is on May 8 that most nations of the world remember the greatness of the victory over the Nazis. The world admires all those who were protecting and protected life. Who threw down the Nazi flags on the liberated territory and who opened the gates of the concentration camps.…
— Володимир Зеленський (@ZelenskyyUa) May 8, 2023
Mənbə: Ukrainskaya Pravda
"Ukrayna" teqi üzrə xəbərlər
- Ukrayna Dünya Bankından milyardlarla dollar aldı
- Ukraynada 23 mindən çox tələbə ali məktəblərdən xaric edildi: Hərbi xidmətdən yayınıblar
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Bayden administrasiyasından Kiyevlə bağlı sonuncu qərar
Rəylər