Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zelenskinin namizədliyi ləğv oluna bilər
Kiyev apellyasiya məhkəməsi prezidentliyə iddialı olan şoumen Vladimir Zelenskinin seçkilərdə namizədliyinin götürülməsi ilə bağlı iddiaya baxacaq.
Bu barədə RİA Novosti vəkil Andrey Xilkoya istinadən məlumat yayıb.
O bildirib ki, məhkəməyə seçkilərdə rəsmi müşahidəçi kimi müraciət edib.
Vəkil qeyd edib ki, Zelenskinin namizədliyinin götürülməsi ilə bağlı məsələyə bu gün axşam saatlarında baxılacaq.
Xatırladaq ki, bir müddət əvvəl Zelenski Rusiyaya səfərlərlə bağlı yalan məlumat verməkdə ittiham olunub.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər