"Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlar Ukraynanı qane etməyib".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri "Rzeczpospolita"ya müsahibəsində Ukrayna lideri Volodimir Zelenskinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Biz İstanbulda aparılan danışıqlardan razı qalmadıq", - deyə o bildirib.
Mixail Podolyakın sözlərinə görə, Ukraynada real sülh danışıqları yalnız atəşkəsdən sonra mümkündür.