Ukrayna Prezidenti Volodimir Zelenski Oleq İvaşşenkonun Baş Kəşfiyyat İdarəsinin yeni rəhbəri təyin olunduğunu elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" kanalında açıqlama yayıb.
Məlumata görə, İvaşşenko general-leytenant hərbi rütbəsinə malikdir. 2017-ci ildən 2019-cu ilə qədər Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat üzrə müavini vəzifələrində çalışıb.
2024-cü ildə Ukrayna prezidenti İvaşşenkonu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin etmək barədə fərman imzalayıb. O, həmçinin Ali Baş Komandanın Qərargahının, Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov Prezident Volodimir Zelenskinin ofisinə rəhbərlik təklifini qəbul etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə K.Budanov öz "Telegram" kanalında yazıb.
"Mən Volodimir Zelenskinin Prezidentin Ofisinə rəhbərlik etmək təklifini qəbul etdim. Ukraynaya xidmət etməyə davam edirəm", - o, paylaşımında yazıb.
V.Zelenskinin saytında K.Budanovun Ofisə rəhbər təyin edilməsi ilə bağlı rəsmi sənədlər hələ dərc edilməyib. Prezidentin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin məlumat vermişdi ki, Budanovun sözügedən posta təyin olunması üçün rəsmi prosedurlar artıq başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanova Prezident Ofisinə rəhbərlik təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında məlumat verib.
V.Zelenski seçimini Ukraynanın təhlükəsizliyinin, ölkənin müdafiəsinin gücləndirilməsinin və danışıqlarda diplomatik yola diqqət yetirilməsinin vacibliyi ilə izah edib.
Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasına bundan əvvəl Andrey Yermak rəhbərlik edirdi. O, 2020-ci ildən 2025-ci il noyabrın 28-dək Ukrayna Prezidentinin Ofisinə rəhbərlik edib. Bir neçə ay öncə, o, istefa ərizəsini ölkə başçısı Volodimir Zelenskiyə təqdim edib. A.Yermakın adı korrupsiya qalmaqalında hallanıb.