Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zelenskinin səlahiyyət müddəti başa çatır: Yeni prezident seçiləcəkmi?
Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti mayın 20-də başa çatır.
Bu tarixdən sonra o, artıq Ukraynanın legitim prezidenti hesab olunmayacaq.
V.Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Müvafiq olaraq bu gün Ukraynada yeni ölkə liderinin andiçmə mərasimi keçirilməli idi, lakin ölkədə prezident seçkisi elan edilməyib. Hakimiyyət bu qərarı ölkədəki hərbi vəziyyətlə izah edib.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Ukrayna Ali Radasının deputatları müharibə dövründə seçkilərin keçirilməsinin yolverilməzliyi haqqında bəyannamə imzalayıblar. Bildirilib ki, sənəd ölkəni və milləti parçalamamaq məqsədilə qəbul edilib.
Ukraynada prezident seçkisi martın 31-də keçirilməli idi. Lakin Volodimir Zelenski seçki kampaniyasını ləğv edib və bunu indi seçkilər üçün uyğun vaxt olmadığı ilə izah edib.
Mənbə: Lenta.ru
"Volodimir Zelenski" teqi üzrə xəbərlər
- Tramp Zelenskiyə görə Avropa İttifaqına qəzəblənib
- Zelenski Sum vilayətinin başçısını vəzifəsindən azad etdi
- Zelenskidən qanun layihəsi: Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılır
- Vens: "Zelenskinin ABŞ-nin Rusiyaya dəstəyi ilə bağlı sözləri absurddur"
- Tramp Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyan üç nəfərin adını açıqladı