“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq Harvard Universitetindən getdikdən 12 il sonra elmi dərəcə alıb.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Ana, mən sənə həmişə deyirdim ki, bir gün Harvard Universitetinə qayıdacam və öz elmi dərəcəmi alacam”, - Zukerberq yazıb.
Universitetin saytında qeyd olunur ki, Zukerberq hüquq üzrə fəlsəfə doktoru olub.
Mark Zukerberq Harvard Universitetinin psixologiya fakültəsinə 2002-ci ildə qəbul olub. 2004-cü ildə o, dostları Kris Hyuz və Dastin Moskoviçlə birlikdə “Facebook” sosial şəbəkəsini işə salıb. İkinci kursu bitirdikdən sonra, Zukerberq sosial şəbəkənin inkişafına daha çox vaxt ayırması üçün təhsilini dayandırıb.
S.B.
www.oxu.az