Dünyanın ən iri sosial şəbəkəsi sayılan “Facebook”un aksiyalarının qiyməti kəskin bahalaşıb.
Oxu.Az-ın məlumatına görə, sosial şəbəkənin təsisçisi Mark Zukerberqin sərvəti təkcə 27 iyul tarixində 3,8 milyard dollar artıb.
Bununla da, o, “Forbes” nəşrinin dünyanın ən zəngin insanları reytinqində meksikalı biznesmen Karlos Slimi qabaqlayaraq beşinci pilləyə yüksəlib.
Hazırda Zukerberqin şəxsi sərvəti 71,7 milyard dollar dəyərində qiymətləndirilir.
S.B.
www.oxu.az