Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zurabişvili özünə yeni iş tapdı
Gürcüstanda prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvili Arizona Dövlət Universitetinin Makkeyn İnstitutunda "Henri Kissincer 2025" tədqiqat proqramının iştirakçısı olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o öz işinə görə təqaüd alacaq.
"Mən Kissincer Təqaüdünü almaqdan qürur duyuram ki, avtokratiyalar və demokratiyalar arasında mübarizə zamanı bizim Gürcüstanın bu mübarizəni təcəssüm etdirməsi çox vacibdir", - deyə Zurabişvili bildirib.
Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, prezident sarayını tərk edib, lakin özünü Gürcüstan prezidenti hesab etməkdə davam edir.
"Salome Zurabişvili" teqi üzrə xəbərlər
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil
- Salome Zurabişviliyə hücum olub
- Avropa Parlamenti Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıdı
- Zurabişvili yeni ofisində "prezident funksiyalarını" davam etdirəcəyini bildirib
- Gürcüstanın sabiq prezidenti Konstitusiyanı pozduğuna görə cəzalandırıldı