Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zurabişvilinin ultimatumu: Çevriliş təhlükəsi və xarici qüvvələrin oyunu
Gürcüstanda dövlət çevrilişi və vətəndaş müharibəsi təhlükəsi aradan qalxmayıb.
Oxu.Az məlumat verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, xarici qüvvələr Gürcüstanda iki prezidentin - səlahiyyət müddəti başa çatan Salome Zurabişvili və yeni seçilmiş Mixail Kavelaşvilinin mövcudluğundan maksimum yararlanmağa çalışır. Zurabişvili ultimatum verərək hakimiyyətdən səlahiyyət müddətinin başa çatdığı dekabrın 29-na qədər yeni seçkilərin tarixini təyin etməyi tələb edib.
Vurğulanır ki, Qərbdə keçən həftəsonu prezident kimi son günlərini keçirən Salome Zurabişviliyə dəstəyin təşkilinə böyük vəsait ayrılıb. Bütün qərbyönlü QHT-lər küçələrdə Zurabişviliyə guya "milli dəstək" illüziyası yaratmaq üçün öz əməkdaşlarını və tərəfdarlarını səfərbər etdilər. Qərbyönlü müxalifətin bu cür səfərbərliyi fonunda dekabrın 22-də axşam Rustaveli prospektində Salome Zurabişvili Gürcüstan hakimiyyətinə öz ultimatumunu səsləndirib.
Daha ətraflı "Caliber"in yeni süjetində:
"Salome Zurabişvili" teqi üzrə xəbərlər
- Gürcüstanda yeni gərginliyin siqnalı - "Zurabişvili reallıq hissini itirib"
- Gürcüstan XİN: "Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir"
- Kobaxidze Zurabişvilinin AP-dəki bəyanatlarını absurd adlandırdı: "İlk dəfədir belə bir şey görürəm"
- İrakli Kobaxidze: "Bir ölkədə de-fakto üç prezident ola bilməz"
- Makron Fransası Gürcüstanı xaosa sürükləyir
Rəylər