Bakı vaxtı ilə saat 20:00 radələrinə olan son məlumatlara görə dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa davam edir.
Oxu.Az xəbər verir ki, Londonun ICE hərracında Brent markalı neftin qiyməti 1,11 dollar yaxud 3,86% azalaraq, 27,65 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX birjasında isə WTI markalı neftin bir “çəlləyinin” qiyməti 1,41 dollar yaxud 4,95% azalaraq, 27,05 dollar olub.
09:08
Dünya bazarlarında neftin qiyməti dünən müşahidə olunan artımdan sonra yenidən azalmağa başlayıb.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan son məlumatlara görə, ABŞ-ın Nymex hərracında WTI markalı neftin qiyməti 0,79 dollar yaxud 2,78% azalaraq, 27,67 dollar təşkil edir.
Londonun ICE hərracında Brent markalı neftin qiyməti 0,47 dollar yaxud 1,63% azalaraq, 28,29 dollar olub.