Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dünya çempionu Hidayət Heydərov vətənə qayıdıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov vətənə qayıdıb.
"Report" xəbər verir ki, cüdoçunu daşıyan təyyarə saat 00:06-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
İdmançını hava limanında idman xadimləri, jurnalistlər və cüdo həvəskarları qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Mayın 20-də Hidayət Heydərov (73 kq) dünya çempionu olub.
"Dünya çempionatı" teqi üzrə xəbərlər
- Dünya çempionatında iştirak edəcək daha bir yığma müəyyənləşdi
- Misir 2034-cü ildə keçiriləcək dünya çempionatı üçün FIFA-ya müraciət ünvanlayıb
- Azərbaycanda keçiriləcək dünya çempionatının püşkatma mərasiminə start verilib
- Donald Tramp 2026-cı ildə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin rəhbəri oldu
- Üzgüçümüz dünya çempionatına vəsiqə qazandı
Ən çox oxunanlar