Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Çinə fındıq ixrac etməyə hazırlaşır
Azərbaycandan Çinə fındıq ixracı məqsədilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar davam etdirilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İdxal və İxraca Nəzarət Şöbəsinin baş məsləhətçisi Vəfa Səfərli Bakıda keçirilən "Yaşıl dünya naminə" mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.
"Çinə fındıq, eləcə də alma, nar və badam ixracı üçün agentlik risk qiymətləndirməsinin nəticələrini qarşı tərəfin səlahiyyətli qurumuna rəsmi kanallar vasitəsilə təqdim edib. Agentliyin müvafiq sahədə vahid dövlət nəzarətini həyata keçirən dövlət qurumu kimi təsisatlanması, ixrac olunan bitkilər və bitkiçilik məhsullarına münasibətdə digər ölkələrin tələblərinə uyğun nəzarəti həyata keçirməsi nəticəsində xarici ölkə bazarlarına çıxış imkanları artırılıb, ixrac həcminin artırılmasına nail olunub", - deyə o qeyd edib.