Dek
2016
09:30
18
55
2680
Virtual karabakh

Ekspert: Mərkəzi Bank 4%-lik marjanı ləğv etməlidir

5 Dek, 2016
09:30
2680

Ekspert: Mərkəzi Bank 4%-lik marjanı ləğv etməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir tərəfdən hökumət qurumları - Maliyyə Bazarlarına Nəzarət Palatası və sair ölkədə xarici valyuta alqı-satqısı ilə əlaqədar bəyan edirlər ki, “qara bazar” qanunsuzdur və ona qarşı ciddi mübarizə aparırıq, amma digər tərəfdən də saytlar Mərkəzi Bankın (AMB) keçirdiyi hərraclardan savayı, hər gün “qara bazar”dakı mövcud məzənnə barədə də açıqlamalar yayırlar. 

Bu da çox ciddi anlaşılmazlıq yaradır. Deməli, ya rəsmi orqanlar tərəfindən heç bir mübarizə aparılmır, ya da mübarizə tamamilə mənasız xarakter daşıyır. O mənada ki, heç bir nəticə vermir. Maraqlıdır, görəsən, hökumət qurumları nədən öz nüfuzlarını bu cür zərbə altına qoyurlar?! Belə ki, heç olmasa elan olunsun ki, mübarizə apara bilmirik”.

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

P.Heydərov deyib ki, AMB tərəfdən kommersiya bankları üçün bu sahədə müəyyən edilmiş limit - 4%-lik marjanı əslində, tam ləğv olunması məsələsinə baxılmalıdır:

“Mən, bu mövzuda şərhlərimdə də yazmışam ki, bu sahədə mübarizə aparmaq əslində, çətin bir işdir və ümumiyyətlə, effektsiz xarakter daşıyır. Çünki bir şey qıt olanda, həmin şey istər-istəməz “altdan satılır”.

Ümumiyyətlə, “qara bazar” ilə mübarizədə əgər uğur qazansa idi, keçən əsrdə Sovet hökuməti qazanardı. Bir də ki, tutaq ki, mənə təcili olaraq 200 dollar lazımdır və əgər bunu banklardan tapa bilmirəmsə, o cümlədən heç bir banka getmək belə imkanım da yoxdursa, amma bu zaman qonşum deyirsə ki, onda var və gəlim evdə dəyişək, - bunun nəyi qanunsuzdur ki?!

Təbii ki, bu zaman sözügedən qonşu dollarını bankların təklif etdikləri (onlara icazə verilən) 4%-lik marja daxilində deyil, bir az artıq faizlə təklif edəcək ki, mən də istər-istəməz bununla razılaşacam.

Odur ki, buradan bir daha aydın olur ki, ölkədə xarici valyuta alqı-satqısı ilə əlaqədar əgər “qara bazar” ilə tam effektiv mübarizə aparmaq və məqsədə nail olmaq istəyiriksə, AMB tərəfdən kommersiya bankları üçün bu sahədə müəyyən edilmiş limit - 4%-lik marjanı əslində, tam ləğv olunması məsələsinə baxılmalıdır. Çıxış yolu məhz bundadır”, - deyə ekspert əlavə edib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri