19 
Apr
2017
09:11
20
61
2596
Virtual karabakh

Valyutadəyişmə fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq

19 Apr, 2017
09:11
2596

Valyutadəyişmə fəaliyyətinə görə lisenziya və rüsum tələb olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda valyuta mübadiləsi lisenziyalaşdırılmış sahibkarlıq növü olaraq qeydə alınacaq və buna görə rüsum tətbiq olunacaq.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri