10 
Yan
2018
11:41
31
135
1869
Virtual karabakh

Dünya Bankı: Azərbaycanda iqtisadi geriləmə zəifləyib

10 Yan, 2018
11:41
1869

Dünya Bankı: Azərbaycanda iqtisadi geriləmə zəifləyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Bankının açıqladığı “Global Economic Prospects” hesabatına görə, 2016-ci illə müqayisədə Azərbaycanda iqtisadi geriləmə zəifləyib. 

Oxu.Az hesabata istinadən xəbər verir ki, 2016-cı ildə ÜDM 3,1 faiz azalmışdısa, 2017-ci ildə bu rəqəmin 1,4 faiz olacağı gözlənilir. 

Bununla belə, bank cari ildə ÜDM-də 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə isə 2,6% artım olacağını irəli sürüb. 

Hesabatda bildirilir ki, 2014-2016-cı illərdə neft qiymətinin aşağı olması, o cümlədən bank sektorundakı problemlər, passiv kreditlərin artımı, hökumətin gəlirlərinin azalması iqtisadiyyata təsir edib:

“Zəif pul-kredit siyasəti, maliyyə bazarının kiçik olması inflyasiya ilə mübarizə siyasətinin effektivliyini məhdudlaşdırıb. Bu da əhalinin real gəlirlərinin artımına zərbə vurub”. 

Hesabatda o da qeyd olunub ki, bütün problemlərə rəğmən, qeyri-neft sektorunda bərpa əlamətləri və investisiya artımı müşahidə edilib. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri