20 
Sen
2018
09:36
64
109
3024
Virtual karabakh

Rövnəq Abdullayev: TAP layihəsinin 75 faizdən çoxu icra edilib

20 Sen, 2018
09:36
3024

Rövnəq Abdullayev: TAP layihəsinin 75 faizdən çoxu icra edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TANAP Türkiyənin mühüm qitələrarası enerji düyününə (təbii qaz habına) çevrilməsində müstəsna rol oynayacaq. TANAP həm də SOCAR üçün böyük önəm daşıyan layihədir.

Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Neftçilər günü ilə bağlı “Xalq qəzeti”nə verdiyi müsahibəsində deyib.

“Şirkətimiz məhz bu beynəlxalq layihədə ən böyük iştirak payına malik olub və lider rolunu inamla öz üzərinə götürüb, işin öhdəsindən layiqincə gəlib. Kəmərin inşası prosesində qazanılmış nailiyyətlər göstərdi ki, SOCAR artıq xaricdə də böyük və məsul layihələri vaxtında və yüksək səmərə ilə həyata keçirməyə qadirdir.

Bir faktı nəzərə çatdırmaqla kifayətlənək ki, ilkin qiymətləndirmə zamanı layihənin dəyəri 11 milyard dollardan çox hesablanmışdısa, sonradan görülən səmərəliləşdirmə tədbirləri nəticəsində bu rəqəmi səkkiz milyarddan aşağı salmaq mümkün olub”, - deyə o bildirib. 

R.Abdullayev bildirib ki, TANAP layihəsi iki mərhələdə həyata keçirilib:

“İlk mərhələdə təbii qazın Türkiyə ərazisinə çatdırılması və ölkə bazarına daxil edilməsi, ikinci mərhələdə isə Avropa Birliyi sərhədinə qədər nəqli hədəf götürülürdü.

Biz bu il birinci mərhələni uğurla başa vurduq. İyunun 12-də Əskişəhərdə Azərbaycan və Türkiyə dövlət başçılarının, eləcə də, Ukrayna, Serbiya və Şimali Kipr Türk Cümhuriyyəti prezidentlərinin iştirakı ilə TANAP-ın açılış mərasimini qeyd etdik. 

İyunun 30-dan “Şahdəniz-2” çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başladıq. Gələn ilin sonunadək boru kəmərinin həm də Avropa İttifaqı sərhədinə qədər olan hissəsi tamamlanacaq”.

SOCAR prezidenti vurğulayıb ki, 2020-ci ilin əvvəlində Trans-Adriatik qaz boru kəməri (TAP) TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. 

“Artıq TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti də daxil olmaqla, ümumi iş həcminin 75 faizdən çoxu icra edilib. Boru kəmərinin funksionallığını təmin etmək üçün ötən ilin birinci yarısında Yunanıstan (Kipoidə) və Albaniyada (Fierdə) iki kompressor stansiyasının inşasına başlanılıb və işlər qrafik üzrə davam edir.

Əminəm ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” tam şəkildə icra edilmiş olacaq. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına ən qısa və təhlükəsiz yolla çatdırılsın”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri