17 
Dek
2018
17:28
27
183
4616
Virtual karabakh

Azərbaycan zinət əşyalarının alışını 20 dəfə artırıb - SƏBƏB

17 Dek, 2018
17:28
4616

Azərbaycan zinət əşyalarının alışını 20 dəfə artırıb - SƏBƏB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana zinət əşyalarının idxalı kəskin şəkildə artıb. 2018-ci ilin yalvar-sentyabr aylarında “mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar” adlanan əmtəə qrupu üzrə idxal 20 dəfəyədək yüksəlib. 

Oxu.Az xəbər verir ki, gömrük statistikasına əsasən, bu kateqoriya üzrə ölkəyə gətirilən malların dəyəri 2016-cı ilin doqquz ayında 23.3 milyon dollar, 2017-ci ilin 9 ayında 25.5 milyon dollar, 2018-ci ildə isə 477 milyon dollar olub. 

Nəticədə, əgər 2017-ci ildə idxalda bu qəbildən olan zinət əşyalarının payı cəmi 0.4% idisə, bu il 5.2%-ə çatıb. 

Zinət əşyalarının artım səbəbləri ilə bağlı iqtisadçı Rövşən Ağayevin fikri belədir ki, burada Dövlət Neft Fondunun qızıl ehtiyatını artırması mühüm yer tutur. Çünki bu ilin doqquz ayında Neft Fondunun qızıl ehtiyatları 437 milyon dollar və ya 14 min ton artıb. 

Bundan başqa, ehtimal da var ki, əhali əlindəki pulu banklara etibar etmədiyindən və ölkədən valyuta çıxarışı ilə bağlı məhdudiyyətlər də olduğundan pulun bir hissəsinin zinət əşyalarına çevrilərək ehtiyat kimi saxlanması tendensiyası gedir. 

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri