Mar
2019
17:15
62
322
9742
Virtual karabakh

Elman Rüstəmov: Banklara kütləvi axın olacaq

1 Mar, 2019
17:15
9742

Elman Rüstəmov: Banklara kütləvi axın olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dollarla olan problemli kreditlər üzrə kompensasiyaların hesablanması və manatla olan gecikmiş kreditlərin restruktrizasiyası ilə bağlı qaydalar hazırlanır. Bu qaydaların üzərində Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi birlikdə işləyir.

Bu barədə məlumat verən Mərkəzi Bank sədri Elman Rüstəmov bildirib ki, fərmanda qoyulan bütün tapşırıqlar qeyd edilən müddət ərzində hazırlanacaq.

“Hazırda Palata düzgün siyahıların hazırlanması, başqa “həvəslər”in olmaması istiqamətində təşkilati işlər görür. Əhalimizi banklarla aktiv fəaliyyətə çağırıram. Əminəm ki, qoyulan müddətdə işlərin öhdəsindən gələcəyik, çünki məsələlər təşkilati həll mərhələsindədir”.

E.Rüstəmov hesab edir ki, banklara kütləvi axın olacaq, ona görə də banklar müvəqqəti işçi komitə yaratmalıdırlar ki, ancaq bu işlə məşğul olsun:

“Banklar insanlara dəqiq vaxt təyin etməlidirlər ki, həmin vaxtda gəlsinlər. Çalışmaq lazımdır ki, lüzumsuz həyəcan və növbələr yaranmasın”.     

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri