16 
Sen
2020
16:38
89
30
1852
Virtual karabakh

Azərbaycanın neft və qaz ixracının dəyəri məlum oldu

2020-ci ilin yanvar-iyul aylarında ixrac olunan mühüm növ mәhsulların miqdarı və məbləği açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ilin yanvar-iyul aylarında ixrac olunan xam neftin miqdarı 19558,2 min ton olub, ixrac olunan məhsulun məbləği isə 6 milyard 398 milyon 120 min ABŞ dollarını təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında ixrac olunan tәbii qazın miqdarı isə 7713,3 milyon kub metr olub. Onun ixrac məbləği 1 milyard 488 milyon 420 min ABŞ dollarını təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri