15 
Noy
2021
13:36
187
22
1283
Virtual karabakh

Rəhman Hacıyev: “Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla manat vəsait toplanıb”

15 Noy, 2021
13:36
1283

Rəhman Hacıyev: “Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla manat vəsait toplanıb”

“Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla manat vəsait toplanıb”.

Oxu.Az-ın məlumatına görə, bunu 25-ci Beynəlxalq Biznes Forumda (IBF) Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

O bildirib ki, fond bütün vəsaitləri səmərəli şəkildə idarə etməyə çalışır:

“Hazırda fondun vəsaitlərinin əksər hissəsi ianələr hesabına toplanıb. Növbəti dövrdə qrantlar da ödəniləcək. Biz şəffaf bir fond yaratmaq üzərində işləyirik. Yaxın gələcəkdə beynəlxalq auditor dəyərləndirəcəyik. Nəticədə illik fəaliyyətimizi əhatə edən hesabatı auditdən keçirəcəyik”.

Rəhman Hacıyev bu il üçün nəzərdə tutulan fəaliyyət istiqaməti barədə məlumat verib:

“Dağıdılmış mədəniyyətimizin, Azərbaycan xalqının irsinin bərpasında maraqlıyıq. Artıq biz Şuşa şəhərində həyata keçirilən layihənin tam maliyyələşdirilməsi üzrə danışıqlara başlamışıq. Həmkarlarımızla texniki məsələlər yekunlaşdırılmaq üzrədir. Həmin layihələri növbəti dövrdə ictimaiyyətə açıqlayacağıq”.

O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılan layihələrdən də danışıb və bildirib ki, ekoloji bərpa məqsədilə bu ayın sonunda Zəngilan rayonunda 4 minə yaxın ağac əkiləcək.

Fondun İdarə Heyətinin sədri qeyd edib ki, Türkiyədən olan nümayəndələrlə potensial olaraq Türkiyə və Azərbaycan arasında fondun dəstəyi ilə layihələrin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

O vurğulayıb ki, Fondun timsalında Qarabağın investisiya potensialının təşviqi də öz əksini tapır və növbəti dövrdə KOBİA, İqtisadi Zonaların İnkişaf Agentliyi və AZPROMO ilə bu perspektivləri reallaşdıra bilərlər:

“Biz maraqlı investisiya layihələrini hətta investor kimi də nəzərdən keçirməyə hazırıq”.

Rəhman Hacıyev sonda qeyd edib ki, bu yaxınlarda bir neçə təhsil ocağı ilə birgə Qarabağ haqqında elmi kontentin yazılması üçün qrantların ayrılmasına başlanılacaq.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri