Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gömrük Komitəsindən qiymətlərin süni artırılması məsələsi ilə bağlı AÇIQLAMA - VİDEO
“Bəzi iqtisadçıların sözlərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) sahibkarların gətirdiyi məhsulların qiymətini süni şəkildə qaldırır. Bu, tamamilə cəfəngiyyatdır”.
Oxu.Az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.
O bildirib ki, bu prosesin hamısı xüsusi avtomatlaşdırılmış proqram vasitəsilə həyata keçirilir:
“Təkcə 2020-ci ildə qiymətlə bağlı risk müəyyən olunan əməliyyatlar 5 faiz təşkil etmişdi. Nəzərə almaq lazımdır ki, gün ərzində sistemə 2 minə yaxın gömrük bəyannaməsi təqdim olunur və sistem özü hansı məhsulun qiymətinin dəqiqləşdirilməli olduğunu müəyyən edir. Həmin məhsullar üzrə daha sonra bizim tərəfimizdən qiymətin təsdiq olunması prosesi həyata keçirilir”.
Gömrük Komitəsi rəsmisi eyni zamanda əlavə edib ki, broker fəaliyyəti ilə bağlı heç bir monopoliya və ya müdaxilədən söhbət gedə bilməz:
“Bu sahədə fəaliyyətin və qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq islahatlar nəticəsində burada çalışanların bilik və bacarıqlarının artırılması və beynəlxalq standartlara çatdırılması həyata keçirilir. Sadəcə olaraq müəyyən işbazların maraqlarına toxunulduğu üçün belə bir monopoliya və hansısa müdaxilələrlə bağlı şayiələrin ortaya çıxması bu cür fikirlərin formalaşmasına gətirib çıxarır. DGK-nın rəsmi internet saytında təmsilçilik xidməti göstərən 187 şirkətin adı və rekvizitləri qeyd olunub və seçim tam müstəqildir”.
Nigar Məmmədova
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı ARTIRILIB
- Xarici ticarətdə müsbət saldo 3.7 dəfə azalıb
- Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı
- İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
- Gömrük Hospitalının həkimləri: "İki ildir, maaşımız karta yüklənəndən sonra əlimizdən alınır"