Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda biri uşaq olmaqla üç nəfərin yanaraq öldüyü evdən GÖRÜNTÜLƏR
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş yanğınla bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın nəticəsində nənə, qızı və azyaşlı nəvəsi həyatını itiriblər.
Bildirilir ki, nənənin qızı yanğın baş verən zaman əlil arabasında olub. Azyaşlı isə nənənin digər qızının övladlarından biri olub.
İlkin məlunata görə, hadisə səhər saatlarında, 11 radələrində olub.
Hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.
Aləmdə Nəsib
Bakı şəhərinin Sabunçu rayonunda üçotaqlı evdə yanğın olub.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı biri uşaq olmaqla üç nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Məhərrəm Əliyev