Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib.
Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Eyni zamanda, "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiqlənib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)" teqi üzrə xəbərlər
- Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
- Səfərbərlik Xidmətinin vəzifəli şəxsləri məsuliyyətə cəlb ediliblər
- Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
- Xətai rayonunda Aprel döyüşlərinin şəhidlərinin xatirəsi anılıb
- Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin həbsdə olan sabiq rəisinə hökm oxunub