30 
Dek
2021
11:46
133
75
3381
Virtual karabakh

Orxan Məmmədov: “İctimai iaşə obyektləri gecə 12-dən sonra da çalışsa dövriyyəsi artacaq”

30 Dek, 2021
11:46
3381

Orxan Məmmədov: “İctimai iaşə obyektləri gecə 12-dən sonra da çalışsa dövriyyəsi artacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiyanın davam etdiyi dövrdə dövlətin tətbiq etdiyi sosial siyasətlə çox uğurlu nəticələr əldə edilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Post-pandemiya dövründə kinoteatrların fəaliyyəti ilə bağlı müzakirələr” zamanı deyib.

O bildirib ki, ictimai iaşə sektorunda günü-gündən rəqəmlər yaxşılaşır:

“Təbii ki, ictimai iaşə obyektləri gecə 12-dən sonra da çalışsa onların dövriyyəsi də artacaq və dövlət büdcəsinə daha çox vergi daxil olacaq. Əslində dövlət də buna maraqlıdır. Biz ictimai iaşə obyektlərinin gecə 12-dən sonra da çalışması və bu kimi məsələrlə bağlı Operativ Qərargahla daim əlaqədəyik”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri