12 
İyl
2022
11:53
62
87
5592
Virtual karabakh

“Baktelecom”dan ötən gün Bakıda baş verən partlayış barədə AÇIQLAMA

12 İyl, 2022
11:53
5592

“Baktelecom”dan ötən gün Bakıda baş verən partlayış barədə AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, ötən gün gecə saatlarında Bakı şəhəri, Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsində rabitə quyusunda partlayış baş verib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, şirkətin rabitə xidmətləri göstərməsində heç bir fasilə qeydə alınmayıb və ilkin monitorinqə əsasən, rabitə infrastrukturuna ziyan dəyməyib:

“Hazırda aidiyyəti qurumlar hadisənin baş vermə səbəblərini müəyyən edir. Dəqiqləşdirilmiş məlumatlar əldə olunduqda aidiyyəti qurumlarla birgə ictimaiyyətə açıqlanacaq”, - deyə “Baktelecom” bəyan edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri