“Azərbaycanla Yaponiya arasında bir sıra sahələrdə geniş əməkdaşlıq var, tikinti sahəsində olan əməkdaşlığın genişləndirilməsinə ümid edirəm”.
Oxu.Az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bu gün Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası tərəfindən “Bakı KOB Evi”ndə keçirilən “Memarlıq irsi: Müasir və gələcək trendlər” adlı konfransda deyib.
Səfir deyib ki, Yaponiya zəlzələlərin çox olduğu ölkədir:
“Buna görə də Yaponiyada bu istiqamətdə müasir texnologiyalar tətbiq edilir. Bu gün Yaponiya təcrübəsi təqdim ediləcək. Ümid edirəm ki, tədbirin sonunda şirkətlər arasında əməkdaşlıq qurular və biznes əlaqələri inkişaf edər. Biz bu əməkdaşlığı dəstəkləyirik”.
Qeyd edək ki, “Memarlıq irsi: Müasir və gələcək trendlər” adlı konfransda həm Azərbaycanın, həm də Yaponiyanın tikinti şirkətlərinin nümayəndələri iştirak edirlər.
Nəzrin Vahid