Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şəmkirdə dostların davası ölümlə bitdi - Qandonduran hadisənin DETALLARI
Şəmkirdə dostlar arasında ölümlə nəticələnən insidentin detalları məlum olub.
Belə ki, rayon mərkəzində yerləşən kafelərdən birində gecə saat 01 radələrində istirahət edən Anar Süleymanov və Xudat Məmmədov arasında mübahisə yaşanıb, onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.
Hadisə zamanı onları ayırmağa çalışan daha bir nəfər də bıçaq xəsarətləri alıb. Hər üç yaralı xəstəxanaya çatdırılıb. Bu zaman Anar Süleymanovun dünyasını dəyişdiyi məlum olub.
"Sözügedən kafedə onlar həmişə yığışır, çay süfrəsində otururlar. Bir-biriləri ilə yaxın münasibətləri olub. Aralarında nə problem yaşanıbsa, döyüşüblər", - deyə Şəmkir sakini söyləyib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, noyabrın 9-da 1986-cı və 1991-ci il təvəllüdlü iki nəfər bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərilərək Cərahiyyə şöbəsinə köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Şəmkir şəhərində törədilən qətlin bəzi təfərrüatı məlum olub.
"Report"un məlumatına görə, Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.
Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da bıçaq yarası alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şəmkir rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, mübahisə zəminində üç nəfər bıçaq xəsarəti alıb.
Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan birinin öldüyü məlum olub. Digərləri cərrahiyyə əməliyyatına alınıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər