Noy
2023
16:56
55
23
884
Virtual karabakh

AMB: “Azərbaycanda gələcək riskləri məhdudlaşdırmaq üçün uçot dərəcəsini aşağı salırıq”

2 Noy, 2023
16:56
884

AMB: “Azərbaycanda gələcək riskləri məhdudlaşdırmaq üçün uçot dərəcəsini aşağı salırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankın (AMB) proqnozlarına görə, inflyasiya səviyyəsi növbəti orta müddətdə hədəf diapazonunda 4%+/-2% olacaq.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.

T.Kazımov bildirib ki, orta müddət dedikdə iki il nəzərdə tutulur:

“Mərkəzi bank inflyasiya səviyyəsini hər il üçün deyil, ortamüddətli dövr üçün nəzərdən keçirir. Digər tərəfdən, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində, həmçinin pul-kredit siyasətinin yumşaldılmasını aparırıq. Planımıza görə, bu ilin sonuna kimi pul bazamız 20%-ədək artacaq. Bu da gələcəkdə makroiqtisadi sabitlik nöqteyi-nəzərdən kifayət qədər risklər yaradır. Ona görə də uçot dərəcəmizin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq”.

Xatırladaq ki, noyabrın 1-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8,5%-ə, faiz dəhlizinin aşağı həddi 7,5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9,5%-ə endirilib.

Mərkəzi Bankın proqnozlarına görə, illik inflyasiya 2023-cü ilin sonuna 4,3%, 2024-cü ildə 5,3%, 2025-ci ildə isə 3,4% olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri