Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Polkovnik Samir Həziyev barədə yeni qərar
Naxçıvanda "N" saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyevin həbsdə saxlama müddəti uzadılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Qərara əsasən, polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, o, itkin düşdükdən sonra qətlə yetirilmiş halda tapılan əsgər Ceyhun Tofiq oğlu Hüseynovun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib. Polkovnik Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.
İttihama görə, komandir əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görməyib, araşdırma aparmayıb.
Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Ölkəmizə qarşı çox sayda cinayət törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclası baş tutub
- Ruben Vardanyan, Arayik Arutyunyan və digərlərinin məhkəməsində dövlət ittihamını müdafiə edənlər açıqlandı
- Bakıda həbsdə olan erməni hərbi cinayətkarların məhkəməsinin vaxtı məlum oldu
- Erməni hərbi cinayətkarların MƏHKƏMƏ İŞİ: "Onlara haqq qazandırmaq əməllərinə şərik olmaqdır"
- Müdafiə Nazirliyinin sabiq idarə rəisinin cəzası artırılıb
Rəylər