Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat
Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.
Oxu.Az-ın məlumatına görə, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin "Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.
"Azərbaycan Müdafiə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanla NATO-ya üzv ölkələr arasında sənəd imzalanıb
- Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib
- Hərbi qulluqçumuzun ölümü ilə bağlı cinayət işi başlanıldı
- MN-in sabiq idarə rəisi və bölmə müdirinə HÖKM OXUNDU
- DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır
Ən çox oxunanlar