13 
İyl
2015
15:37
76
14
10009
Virtual karabakh

Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv etdi

13 İyl, 2015
15:37
10009

Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AMB məlumat yaydı.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir.

Oxu.Az-a AMB-dən verilən məlumata görə, son illər görülmüş işlər nəticəsində bank sektoru əhəmiyyətli kapitallaşıb, maliyyə vasitəçiliyinin həcmi dəfələrlə artmış, biznes və əhalinin bank məhsul və xidmətlərindən istifadə səviyyəsi yüksəlib, eyni zamanda bankların institusional potensialı gücləndirilmiş, xüsusilə korporativ idarəetmə sistemləri və riskləri idarəetmə aparatı təkmilləşdirilib. 

Bank bildirib ki, bununla belə ölkə iqtisadiyyatının inkişaf və şaxələnmə hədəfləri maliyyə sistemi, o cümlədən bank sektoru qarşısında yeni vəzifələr müəyyən edir. Bu hədəflərin realizasiyası bank sektorunun maliyyə potensialının ciddi mobilizasiyası və gücləndirilməsini tələb edir.

Mərkəzi Bank qeyd edilən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılmasıvə sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür.

Bu istiqamətdə növbəti addım olaraq qeyd olunan prinsipləri rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib. 

Mərkəzi Bankın məlumatına görə, “EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməmişdir.

Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib. 

Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.

Qeyd edək ki, müvəqqəti inzibatçı –qanunvericiliklə müəyyən edilmiş hallarda Mərkəzi Bankın işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və/və ya hüquqi) bankın maliyyə sağlamlaşdırılması tədbirlərini həyata keçirmək üçün təyin edilən şəxsdir.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri