24 
Fev
2024
00:36
182
67
1075
Virtual karabakh

Aİ Ukraynaya 1,5 milyard dollarlıq mərmi tədarük etmək niyyətindədir

24 Fev, 2024
00:36
1075

Aİ Ukraynaya 1,5 milyard dollarlıq mərmi tədarük etmək niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinin silah-sursat çatışmazlığı fonunda üçüncü ölkələrdən artilleriya mərmilərinin təhvil verilməsi üçün Ukraynaya təcili maliyyə yardımı məqsədi ilə 1,5 milyard dollar toplamağa çalışır.

Qeyd olunub ki, bu sxem Ukraynaya döyüş sursatının tədarükündə, ABŞ Konqresi və Avropa fabriklərində mərmi istehsal tempinin zəyif olması ilə bağlı mübahisələr səbəbindən yaranmış gecikmələri kompensasiya etmək istəyən Çexiya tərəfindən irəli sürülüb.

Çexiyanın bu təşəbbüsünə Danimarka və Niderland da qoşulub. Ottava mərmilərin alınmasına 30 milyon Kanada dolları xərcləməyə hazır olduğunu bildirib. Kanadanın müdafiə naziri Bill Bler bununla bağlı Çexiya tərəfi ilə danışıqların aparıldığını təsdiqləyib.

Çexiya təşəbbüsünün həyata keçirilməsi fevralın 26-sı Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə keçiriləcək Ukraynaya Yardım Sammitində müzakirə olunacaq.

Mənbə: Financial Times

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri