27 
Fev
2024
13:40
132
13
1411
Virtual karabakh

Rusiya benzin ixracına qadağa qoyur

27 Fev, 2024
13:40
1411

Rusiya benzin ixracına qadağa qoyur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dən benzin ixracına qadağa qoyub.

Məlumata görə, qadağa altı aylıq dövrü əhatə edəcək. Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı ölkələri, Monqolustan, Özbəkistana tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.

Qadağa təklifi baş nazirin müavini Aleksandr Novakdan gəlib. Fevralın 21-də baş nazirə göndərdiyi məktubda o, yaz-tarla işləri, neft emalı zavodlarında planlı təmir işləri, eləcə də yay tətili ilə əlaqədar yaxın vaxtlarda daxili bazarda yanacağa tələbatın artacağını vurğulayıb.

“Neft məhsullarına olan tələbatı tarazlamaq üçün daxili neft məhsulları bazarında qiymətlərin sabitləşməsinə kömək edəcək tədbirlər görmək lazımdır”, - Novak bildirib.

Mənbə: RBC

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri